"Test" üçün nəticə göstərilir
http://attestasiya.blogspot.com/?m=1
Attestasiya ilə bağlı Elşən Qafarovdan açıqlama
Son vaxtlar Respublika müəllimlərindən saytımıza Müəllimlərin attestasiyası ilə bağlı bir çox suallar gəlib. Biz də sualları cavablamaq üçün, təhsil eksperti Elşən Qafarova müraciət etdik. Hal-hazırda verdiyimiz sualları və aldığımız cavabları oxucularımıza təqdim edirik. 1.Attestasiyanın yekun nəticələrinə görə, aşağı göstəricilərə malik müəllim işdən azad edilməlidir, yoxsa əlavə təkmilləşmə kurslarında gondərilərək təkrar şans verilməlidir? ---Dediyimiz kimi müəllimlər göstərdikləri ümumi nəticəyə görə A,B,C,D qruplarına bölünür. Maksimum həddin 81%- 100% nəticə göstərənlər A, 61%-80% nəticə göstərənlər B qrupuna ,31%-60% nəticə göstərənlər C qrupuna daxil edilə bilər.( BU mənim fikrimdir). D qrupuna daxil olacaq 0%-30% müəllimlərlə müddətsiz əmək müqaviləsi ləqv edilir. Atesstasiyanın başlanmasından ən azı 1 il öncə hər bir mərhələnin müddəti , keçirilmə şərtləri ,qaydaları,nəticələrin hesablanma forması dəqiq elan edilməlidir ki, müəllimlər Diaqnostik Qiymətləndirmə zamanı olduğu kimi aldadılmasınlar. 2.Attestasiyada istifadə olunacaq suallar əvvəlcədən hazırlaşmaq üçün müəllimlərə təqdim olunmalıdır, yoxsa "muəllim öz fənnini bilməlidir" prinsipini əsas gətirərək hazırlıqsız olaraq imtahan edilməlidir? Dediyimiz kimi DQ-ni keçirərkən buraxilmış kobud səhvlər buraxılmamalıdır. Bu səhvlərdən biri də müəllimlərin ixtisas adı altında fənn bilimlərinin , peşə bilimləri ilə qarışıq salınması oldu.Təhsil Nazirliyi attestasiyada düşəcək mövzuları, bunlarla bağlı test və ya aşıq sualları attestasiyanın keçirilməsi haqqında məlumata qədər çap etməli, və vəsaitlər əlçatan olmalıdır.Yəni attestasiyada düşəcək mövzularla bağlı məlumatlar , açıq və qapalı testlər atesstasiyanın keçirilməsindən ən azı 10 ay öncə çap edilib satışa çıxarılmalıdır. 3.Fənn suallari verilməsə belə, kurikulum və İKT sualları öncədən təqdim olunmalidirmi? Dediyim kimi atesstasiyada düşəcək suallar deyil ,mövzuların adları , açıq və qapalı test nümunələri çap oluna bilər. Tibb sahəsində olduğa kimi konkret sualların müəllimlərə açıqlanması texniki cəhətdən mümkün deyil və düzgün deyil. Diaqnostik Qiymətləndirmənin nəticələri vasitəsi ilə müəllimlərə qarşı olan səriştəsiz addımların nəticəsi bu sahədə işləyən təhsil işçilərini atesstasiyanın necə keçirilməsi, onunda nəticələrindinin müəllimlər üçün bir kabusa çevriləcəyindən irəli gələn narahatçılıqlar qəbuledilən və başa düşüləndir. Yaranmış vəziyyətlə bağlı fikir və təkliflərimi sizinlə bölüşməyə qərar verdim. Əvvəla təhsil işçilərinin attestasiyasını keçirmədən təhsilimizi düşdüyü anlaşmaz vəziyyətdən qurtarmaq mümkün deyil.2014-2017-ci illəri əhatə edən Diaqnostik Qiymətləndirmənin nəticələrindən düzgün istifadə edilməməsi, nəticədə 150 000-lik müəllim ordusunun incik salınması onu deməyə imkan verir ki , 2018-ci ildə attestasiayanın keçirilməsi inandırıcı görünmür. Əgər atesstasiya keçirilərsə bu ən yaxşı halda 2019-cu ildə keçiriləcək. Baş verənlər təsdiq etdi ki, Təhsil Nazirliyi nəinki, atesstasiyanı , hətta müəllimlərin işə qəbulu və ya direktorların işə qəbulu müsabiqəsini şəvvaf həyata keçirtmək iqtidarında deyil. Bu prosesin( aşağıda göstərdiyim 1-5 bənlərini) DİM-ə tapşırılması daha doğru addım olardı. Müəllimlərin atesstasiyasının keçirilməsinin formatı ilə bağlı fikirlərimi sizə təqdim edirəm . Təhsil sahəsində son illərdə baş verənlər atestasiyasını qaçılmaz edib. Əmək Məcəlləsinin 65-ci maddəsində işçilərin atestasiyadan keçməsi işəgötürənin müfaviq əmri ilə yaradılmış komissiya tərəfindən həyata keçirilməsi tövsiyyə edilirsə , Təhsil Nazirliyinin Əsasnaməsinin 8.36-cı bəndindində isə təhsilverənlərin atestasiyasının keçirilməsi Təhsil Nazirliyinin vəzifəsi kimi göstərilmişdir. Əmək Məcəlləsində həmin maddədə təhsil işçiləri istisna olmaqla əlavə edilməlidir. 2014-2017-ci illərdə keçirilmiş Diaqnostik Qiymətləndirmənin nəticələri analiz olunmalı 30%-dən aşağı bal toplayan müəllimlərin faizi bəlli olmalıdır. Atestasiya 2018 ci ilin fevralında elan olunarsa 2019-cu ilin mart-iyun aylarında keçirtmək olar.Atestasiyanı aşağıdakı istuqamətlər və mərhələr üzrə keçirtmək lazım gələcək : 1.Müəllimlərin pedaqoji və psixoloji bilikləri 2. Müəllimlərin yeni təlim texnalogiyaları ( kurikulum),İKT haqqında bilikləri 3. Müəllimlərin fənn bilikləri 4.Məntiq və dünyagörüş. 5. Müəllimlərin yazı vərdişləri ( esse) 6. Müəllimin pedaqoji fəaliyyətinin təhlili I-IV mərhələləri DİM test üsulu ilə , V mərhələni yazılı şəkildə həyata keçirilə bilər. 6. Müəllimin pedaqoji fəaliyyətinin təhlili isə məktəbdə və RTŞ tərəfindən həyat keçirilir. 6.1. Müəllimin dərs dediyi siniflərdə təhsilalanların atestasiyasının nəticələri. 6.2. Müəllimin dərs dediyi siniflərdə RTŞ tərəfindən keçiriləcək ildə 2 dəfədən az olmayaraq seçmə üsul ilə keçirilən manitorinqlərin nəticələri. 6.3.Məktəb direktorunun yerli həmkarlar komitəsi ilə birlikdə hazırladığı müəllimin pedaqoji xasiyyətnaməsi. 6.4. Müəllimin Təhsil Nazirliyinin xətii ilə keçirilən müxtəlif yerli və beynəlxalq seminar və təlimlərdə,müsabiqələrdə iştirakı. 6.5.Müəllimin dövri KİV-də təhsil ilə bağlı araşdırmaçı məqalələrinin olması 6.6.Müəllimin elmi naliyyətləri ,fəxri adları. 6.7. Müəllimin şagirdlərinin yerli və beynəlxalq olimpiyadalarda ,müsabiqələrdə iştirakı ,naliyyətləri. 6.8. Müəllimin dərslik və ya metodik vəsait müəllifi olması 6.9. Müəllimin İKT naliyyətlərindən praktik istifadə bacaqığı. 6.10 . Müəllimin Yeni Təlim Texnalogiyalarını tətbiqi bacarıqları Atestasiyadan kecən müəllimlərin müxtəlif mərhələlər üzrə qiymətləndirmə mexanizmləri hazırlanmalı ,nəticə olaraq müəllimlər 4 –A,B,C,D kateqoriyarına bölünməlidir. Bu kateqoriyalar həm də müəllimin əmək haqqının stimullaşdırılması üçün əsas mexanizm olmalıdır. D kateqoriyalı müəllimlərlə müddətsiz əmək müqaviləsi ləğv edilməlidir ( işinə davam etmək istəyənlərə ehtiyac olan vakansiyalar üzrə 1 il şans verilə bilər). A kateqoriyalı müəllimlər yalnız 3 il bu kateqoriya ilə işləyə bilərlər. B və C kateqoriyalı müəllimlər də 3 il bu kateqoriyada işləyə bilərlər. Amma hər il imtahan verib B-dən A-ya , C-dən –B-yə kateqoriyasını yüksətmək imkanı müəllimlərə imkan yaradılmalıdır.. Əmək məcəlləsinin 66-cı maddəsində “eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər” cümləsində “ təhsil işçiləri istisna olmaqla “ düzəlişi edilməlidir. Atestasiya zamanı İbtidai sinif müəllimləri,Riyaziyyat-İnformatika,Təbiət və Texniki fənn müəllimlərinə tələblər daha ciddi qoyulması səmərəli olardı.( Eyni zamanda həmin ixtisaslı müəllimlərin əmək haqqının digər müəllimlərin əmək haqqından 15% artıq olması da bu səmərəliliyin məntiqi əsası olardı ) Hər birinizin fikir və təklifini hörmət və maraqla dinləməyə hazıram
Azərbaycanda müəllimlərə günün mühüm xəbəri: Bu halda işdən çıxarılacaq
Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası"nın təsdiq edib. Xeber24.az "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması və infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir. Müayinələri tibb müəssisəsinin rəhbəri tərəfindən yaradılan komissa həyata keçirir. Bundan sonra bağça müəllimləri işə götürülmədən öncə ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinədən keçməli olacaqlar. Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq. Tibbi müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkaralan şəxslər işə götürülmür. Müayinədən keçəcək şəxslərin siyahısı işəgötürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir. Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.
Buraxılış imtahanlarında fərqlilik: Yeni attestatlarda nəticələr balla yazılacaq
Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək. Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, artıq şəhadətnamə olmayacaq və IX-XI sinfi bitirən şagirdlərə veriləcək sənəd attestat adlanacaq. Onun sözlərinə görə, şəhadətnamənin ləğv edilərək tam orta və ümumi orta təhsil səviyyələri üzrə yalnız attestatın verilməsi təkmilləşdirmənin nəticəsidir: “Yeni attestatlar əvvəlki təhsil sənədlərindən daha da rahatdır. Attestatların forması və içərisinin məzmunu dəyişilib. Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı yoxdur”. A.Əhmədov qeyd edib ki, yeni attestatlarda buraxılış imtahanlarının nəticələri qiymətlə yox, balla yazılacaq. Nazirlik rəsmisi əlavə edib ki, attestatda yekun qiymət hissəsi 2 yerə bölünüb ki, onlardan biri illik, digəri isə buraxılış imtahanı qiymətidir: “Bu tədris ilinin sonunda kurikuluma əsasən tədrisini başa vuracaq IX sinif məzunlarının buraxılış imtahanlarındakı fənlər üzrə nəticələri attestatda balla qeyd olunacaq. Gələcəkdə bu proses digər siniflərdə də tətbiq ediləcək. IX sinifdə buraxılış imtahanı 2 fəndən - Tədris dili (Ana dili, Rus dili) və Riyaziyyat üzrə keçirilir. Amma illik qiymət bütün fənlərdən çıxarılır. Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə - “2”, “3, “4” və “5” yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə “4”, “5” və digər qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İlik qiymət isə elə əvvəlki qaydada yazılacaq”. Təmayülləşməyə gəlincə, A.Əhmədov qeyd edib ki, bu proses tam orta təhsil səviyyəsinə aid edilir. Onun sözlərinə görə, ümumi orta təhsildən sonra tam orta təhsil səviyyəsində təmayülləşmə təmin olunur: “Uşaqların marağı, arzu və istəklərinə görə təhsilləri təmayüllər üzrə təşkil edilir. Burada onların tədris planındakı fənlər ənənəvi tədris planlarına nisbətən az olur. Tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti qeyd olunacaq. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlər üzrə tam orta təhsil haqqında attestata isə şagirdlərin IX sinfə kimi bu fənlərdən aldığı qiymətlər yazılacaq”. Qeyd edək ki, Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.
AMEA-da magistratura şöbəsi yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılıb. Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. Mövzu ətrafında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, son illər ölkəmizdə elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparılır. 2015-ci ildən başlayaraq AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul və minimum imtahanları test üsulu ilə keçirilir, doktorantların xarici dil fənni üzrə bilik səviyyələrinə qoyulan tələblər yüksəldilib. Həmçinin qeyd edib ki, elmi qurumun tarixində ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi təşkil olunub və 2015/2016-cı tədris ili üçün magistraturaya 19 nəfər, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub. AMEA-nın prezidenti Akademiyaya qəbul zamanı bakalavrlar arasında güclü rəqabətin olduğunu vurğulayıb. İclasda AMEA-nın magistraturasına qəbulun nəticələri təsdiq edilib, Rəyasət Heyəti aparatının müvafiq idarələrinin və elmi müəssisələrin rəhbərlərinə tədris prosesinin təşkili ilə bağlı tapşırıqlar verilib. AMEA-da təhsillə bağlı təşkilati işlərin həcminin xeyli artdığını və bununla bağlı Elm və Təhsil İdarəsinin strukturunun və kadr potensialının gücləndirilməsində yaranan zərurəti nəzərə alaraq Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin strukturunda Magistratura şöbəsi yaradılıb, şöbənin ştat vahidləri təsdiq edilib. Həmçinin idarənin Elmi-analitik şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
123ireli »
HAVA MƏLUMATİ
Köşə Yazarları
 ‹ 
 › 
Arxiv Axtar
- -
Sorğu
Saytimizda testler gormek isteyirsinizmi?
a) Beli
b) xeyir
c) ela olar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.